“Qarşılıqlı Dağıntı” və “Eskalasiyanın İdarəolunması”| Soyuq müharibə nəzəriyyələrinin kiber müharibəyə tətbiqi

 “Qarşılıqlı Dağıntı” və “Eskalasiyanın İdarəolunması”|  Soyuq müharibə nəzəriyyələrinin kiber müharibəyə tətbiqi
480     13:31     09 06 2021    
Hazırda cəmiyyətin təhlükəsizlik mühiti ilə əlaqəli ortaya çıxan problemlər, xüsusilə informasiya müharibəsi və kiber müharibə ilə bağlı olanlar keçmişin problemlərindən fərqlənir. Dövlətlər tərəfindən həyata keçirilən informasiya müharibəsini, demək olar ki, dayandırmaq mümkün deyil və rəqəmsal texnologiya sayəsində bir aktorun belə böyük təsirləri ola bilər. İstifadə edilən vasitələr və nəticələr fərqli olsa da, “düşmən” konsepsiyası hələ də insana aid edilir. Buna görə də, əgər keçmiş strateqlərin strateji çətinlikləri necə dərk etdiyi və öhəsindən gəldiyini öyrənsək, modern problemlər barəsində də daha dərin baxış bucağı əldə edərik.

Soyuq müharibə dövründə nüvə silahı və mexaniki silahların qarşısının alınması müzakirələrində ortaya çıxan iki nəzəriyyə bugünkü kiber silahlar barədə müzakirələrə də aid edilə bilər. Bunlardan birinci “Qarşılıqlı Dağıntı” nəzəriyyəsidir. Bu nəzəriyyədə, hər iki tərəf sağ qalmaq ümidiylə hücum edir, lakin dağıntının fəsadları heç bir tərəfin üstünlük qazanmasına imkan vermir. Digər nəzəriyyə isə “Eskalasiyanın İdarəolunması”dır ki, burada rasional aktorlar xüsusi silahlar və vasitələrdən istifadə zamanı elə etməyə çalışırlar ki, qarşı tərəfin qazancı mümkün qədər az olsun. Əsas ideya odur ki, əgər müharibədə qazanılanlar itirənlərdən çoxdursa, bu müharibəyə dəyər.

Bəs bu nəzəriyyələri kiber müharibəyə necə aid etmək olar? “Qarşılıqlı Dağıntı” nüvə silahları ilə bağlı nəzərdə tutulsa da, eyni fərziyyələr, lakin müxtəlif hədəflərin olduğu kiber müharibəyə tərcümə edilə bilər. Düşmən dövlətin informasiya infrastrukturlarını dağıtmağa çalışan dövlət əks-hücumla üzləşə bilər və belə olan halda hər iki tərəf ziyan çəkmiş olar. Burada fərqləndirici cəhət odur ki, kiber hücumların təşkil edilməsi çətindir və onun nəticələrindən 100% əmin olmaq olmur.

“Eskalasiyanın İdarəolunması” nəzəriyyəsi isə kiber müharibəyə daha asanlıqla tətbiq edilə bilir. “Qarşılıqlı Dağıntı”dan fərqli olaraq “Eskalasiyanın İdarəolunması”nda həm hücum (düşmənə dağıntı və ziyan törətmək), həm də müdafiə (düşmənin törədə biləcəyi dağıntını məhdudlaşdırmaqla onun qazancını azaltmaq) aspektləri mövcuddur. 1960-cı illər ABŞ Strateji Hava Komandanlığında general Poverin komandanlıq etdiyi vaxtlarda ““Eskalasiyanın İdarəedilməsi” ən az bəyənilən nəzəriyyələrdən biri idi. Lakin Pover onun tətbiqetmə üçün uyğun olduğunu, strateji üstünlük və müharibə meydanını idarə etmək bacarıqlarını qazandırdığını müdafiə edirdi.

Müharibə meydanının idarəedilməsi konsepsiyasını kiber müharibələrə aid etmək bir qədər çətindir. Çünki şəbəkələr dövlət və özəl sektorlar tərəfindən idarə edilir, potensial hədəflər bankçılıq, insfrastrukturlar, həyat tərzi kimi qeyri-hərbi sektorlarda ola bilir. Kiber hücumlar hərbi hədəflərin ötəsinə keçib mülki hədəflərə yönələndə artıq “mülki qüvvələr” (proqramçılar, hakerlər və s.) konsepsiyası da ortaya çıxır. Buna görə də, 21-ci əsrin ən vacib tələblərindən biri müdafiə sahəsində dövlət səylərini və özəl sektor səylərini birləşdirməkdir.

Mənbələr:

1. Brent David Ziarnick (ed), 21st Century Power: Strategic Superiority for the Modern Era (Annapolis, MD: Naval Institute Press, 2018), 19.
2. Emily Tamkin, "Ukraine Hit by Massive Cyberattack," Foreign Policy, June 27, 2017, accessed January 19, 2019, https://foreignpolicy.com/2017/06/27/ukraine-hit-by-massive-cyber-attack/
Strategyvision.org

Teq: Kibermüdafiə   Kibertəhlükəsizlik  


Oxşar məqalələr
Son əlavə olunanlar